Yuxarı

Kseniya Sobçak Donald Tramp ilə səhər yeməyinə dəvət edilib

Kseniya Sobçak Donald Tramp ilə səhər yeməyinə dəvət edilib

Bakı. 24 yanvar. REPORT.AZ/ Teleaparıcı Kseniya Sobçak ABŞ-a Birləşmiş Ştatların Prezidenti Donald Trampın da iştirakı ilə dua ediləcək səhər yeməyinə dəvət olunub.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, K.Sobçak mətbuat katibi Kseniya Çudinova iş qrafikinin imkan verəcəyi təqdirdə teleaparıcının feveralın 1-də baş tutacaq səhər yeməyinə qatılacağını bildirib.

Onun sözlərinə görə, teleaparıcı ABŞ üç gün qalacaq və bu müddət ərzində o, çox sayda müxtəlif çıxışlar etməli və görüşlər keçirməlidir.

Xatırladaq ki, Kseniya Sobçak Rusiyada martın 18-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar namizədliyini irəli sürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi