Yunanıstanda zəlzələ baş verib

Yunanıstanda zəlzələ baş verib Hələlik dağıntı və ya tələfat barəsində məlumat verilmir
Digər ölkələr
26 Yanvar , 2017 05:54
Yunanıstanda zəlzələ baş verib

Bakı. 26 yanvar. REPORT.AZ/ Krit adasının yunan sahillərinin şərq hissəsində güclü zəlzələ baş verib.

"Report" "Qazeta.ru"ya istinadən bildirir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti (USGS) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Palaykastron şəhərindən 27 kilometr şərqdə yerləşib. Zəlzələ episentrdə "çox güclü" olaraq qeyd edilib.

Hələlik dağıntı və ya tələfat barəsində məlumat verilmir.  

Son xəbərlər

Orphus sistemi