Kot-Divuarda toqquşmalarda ölən və yaralananların sayı artıb - YENİLƏNİB

Kot-Divuarda toqquşmalarda ölən və yaralananların sayı artıb - YENİLƏNİB Kot-Divuarın Beumi şəhərində icmalararası toqquşma nəticəsində ölənlərin sayı 9-a, yaralananların sayı isə 84 nəfərə çatıb.
Digər ölkələr
17 May , 2019 19:02
Kot-Divuarda toqquşmalarda ölən və yaralananların sayı artıb - YENİLƏNİB

Kot-Divuarın Beumi şəhərində icmalararası toqquşma nəticəsində ölənlərin sayı 9-a, yaralananların sayı isə 84 nəfərə çatıb.

“Report” “Agence İvoirenne de Presse”ə istinadən xəbər verir ki, bu barədə rəsmi qurumlardan bildiriblər.


16:47

Kot-Divuarın mərkəzi hissəsində yerləşən Beumi şəhərində icmalararası toqquşma baş verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 3 nəfər ölüb, təxminən, 40 nəfər isə yaralanıb.

Mayın 15-də malinke və baule xalqlarının nümayəndələrinin mototaksi sürücüləri arasında toqquşmalar olub. Mağazalara ziyan dəyib, bəziləri hətta yandırılıb. Yanan taksi yaxınlıqdakı qaz dükanında partlayışa səbəb olub və nəticədə yaxınlıqdakı insanlar yaralanıb.

Yerli prefekt ölkədə sakitliyi bərpa etmək üçün Malinke və Baule xalqlarının nümayəndələri ilə görüş keçirib. Həmçinin qeyd olunub ki, paytaxt Yamusukrodan hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin tərkibini gücləndirmək məqsədilə əlavə qüvvə göndərilib.

AFP isə, öz növbəsində, toqquşmaların Baule və şimaldan gələn Dyula xalqlarının nümayəndələri arasında baş verdiyini bildirib. Agentliyin polisdəki gizli mənbəyinin məlumatına görə, insident nəticəsində 7 nəfər ölüb, 44 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi