Korsikada partlayış bank binasını dağıdıb

Korsikada partlayış bank binasını dağıdıb Hələlik baş verən partlayışa görə heç kim məsuliyyəti üzərinə götürməyib
Digər ölkələr
17 Aprel , 2017 12:25
Korsikada partlayış bank binasını dağıdıb

Bakı. 17 aprel. REPORT.AZ/ Fransanın Korsika adasındakı Korte şəhərində ötən gecə baş vermiş partlayış "Société Générale" bankının ofisinin binasını dağıdıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, partlayıcı qurğunun işə düşməsi ilə ofisin binasına ciddi ziyan dəyib. Partlayış dalğası həmçinin yaxınlıqdakı mağazanın şüşələrini çilik-çilik edib.

Hadisə yerində partlayıcı üzrə mütəxəssislər və polis çalışır.

Hələlik baş verən partlayışa görə heç kim məsuliyyəti üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi