Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi - VİDEO

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi - VİDEO Çində yeni doğulmuş körpə koronavirusla 350 saatlıq mübarizədən qalib ayrılıb.
Digər ölkələr
27 Fevral , 2020 17:33
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi - VİDEO

Çində yeni doğulmuş körpə koronavirusla 350 saatlıq mübarizədən qalib ayrılıb.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, körpənin anasına hələ hamiləliyin 35-ci həftəsində koronavirus diaqnozu qoyulub.

Nəticədə qadın uşağı qeysəriyyə əməliyyatı ilə dünyaya gətirməyə məcbur olub.

Doğuşdan sonra nəzarət altına götürülən körpə 350 saatlıq müalicədən sonra xəstəxanadan evə buraxılıb. Doğuşdan sonra körpə 4 dəfə testdən keçsə də, bütün nəticələr neqativ çıxıb. Beləliklə, körpənin koronavirusa yoluxmasının qarşısı alınıb.

“2 həftə öncə doğulub. Müalicəmizdən sonra vəziyyəti yaxşıdır və nəfəs ala bilir”, - xəstəxananın həkimi bildirib. 

Son xəbərlər

Orphus sistemi