Yuxarı

Koronavirus Afrikaya çatdı

​Koronavirus Afrikaya çatdı 345

Misirdə koronavirusun yeni növünə (COVID-2019) ilk yoluxma hadisəsi qeydə alınıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nаzirliyi məlumat yayıb.

Nazirliyin rəsmi nümayəndəsi Xaled Muqahed bildirib ki, xarici ölkədən gələn əcnəbinin analiz cavabları müsbət olub:

“Yoluxmuş şəxsin vəziyyəti stabildir və xəstəliyin əlamətləri yoxdur. Hələ ki, əcnəbi 14 günlük karantinə yerləşdirilib”.

Onun hansı ölkənin vətəndaşı olduğu barədə məlumat verilməyib. Bununla da Misir Afrika qitəsində bu virusun qeydə alındığı ilk dövlət olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi