​Körfəz ərəb dövlətlərinin nazirləri Yəməndəki vəziyyəti müzakirə edəcək

​Körfəz ərəb dövlətlərinin nazirləri Yəməndəki vəziyyəti müzakirə edəcək Görüş Səudiyyə Ərəbistanının Ər-Riyaddakı aviabazasında keçiriləcək
Digər ölkələr
21 Yanvar , 2015 10:19
​Körfəz ərəb dövlətlərinin nazirləri Yəməndəki vəziyyəti müzakirə edəcək

Bakı. 21 yanvar. REPORT.AZ/ Yanvarın 21-də Körfəzdəki ərəb dövlətləri Şurası iştirakçı dövlətlərinin xarici işlər nazirləri Yəməndə baş verən hadisələrlə bağlı Ər-Riyada toplaşacaq.

"Report" "BBC"yə istinadən xəbər verir ki, bunu Şuranın baş katibi deyib.

Məlumata görə, nazirlərin görüşü Səudiyyə Ərəbistanının Ər-Riyaddakı aviabazasında keçiriləcək.

Xatırladaq ki, ötən gün "Ənsari-Allah" silahlı qruplaşması prezident iqamətgahına nəzarəti ələ keçirib. Silahlı qarşıdurma nəticəsində prezident qvardiyasının bir neçə hərbçisi öldürülüb.

Şura 1981-ci il mayın 25-də yaradılıb. Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirliyi, Oman, Səudiyyə Ərəbistanı şuraya daxildir. 

Son xəbərlər

Orphus sistemi