Şimali və Cənubi Koreya dəmir yollarının birləşdirilməsi ilə əlaqədar mərasim keçirib

Şimali və Cənubi Koreya dəmir yollarının birləşdirilməsi ilə əlaqədar mərasim keçirib Mərasimə qatılmaq üçün KXDR-ə içərisində 100 cənubi koreyalı olan qatar gəlib
Digər ölkələr
26 Dekabr , 2018 11:24
Şimali və Cənubi Koreya dəmir yollarının birləşdirilməsi ilə əlaqədar mərasim keçirib
Asia Times
0 : 00
0 : 00

Bakı. 26 dekabr. REPORT.AZ/ Şimali Koreyanın "Phanmun" dəmir yolu stansiyasında Cənubi Koreya və KXDR-in avtomobil və dəmir yollarının modernləşdirilməsi və birləşməsi üzrə birgə layihənin simvolik açılış mərasimi keçirilib.

Bu barədə "Report" "Kommersant"a istinadən xəbər verir.

Mərasimə qatılmaq üçün KXDR-ə içərisində 100 cənubi koreyalı olan qatar gəlib. Onlar arasında nəqliyyat naziri Kim Hyon Mi, birləşmə naziri Ço Myon Qyun və digər rəsmi şəxslər olub. 

KXDR nümayəndə heyətini dəmir yolları nazirinin müavini Kim Yun Hyok və Koreya Sülh Birləşməsi Komitəsinin sədri Ri Son Qvon təmsil edib. Tədbirdə BMT, Rusiya, Çin və Monqolustanın nümayəndələri də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi