Yuxarı

Koreyada Olimpiya oyunlarında norovirusa yoluxanların sayı 244 nəfərə çatıb

Koreyada Olimpiya oyunlarında norovirusa yoluxanların sayı 244 nəfərə çatıb

Bakı. 16 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən qış Olimpiya oyunlarında norovirusa yoluxanların sayı 244 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Los Angeles Times"in jurnalisti Neytan Fenno "Twitter"dəki mikrobloqunda bildirib.

Daha əvvəl bildirilirdi ki, Olimpiadanın mühafizəçilərindən 1200 əməkdaş öz işlərindən kənarlaşdırılıblar və karantindədirlər (yoluxucu xəstəliyi olan adamların və onlarla təmasda olanların sanitar nəzarəti altında saxlanılması - red). Onlar müvəqqəti olaraq 900 əsgərlə əvəz ediliblər.

Qeyd edək ki, Cənubi Koreyada keçirilən Qış Olimpiya oyunları fevralın 25-də başa çatacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi