Kopenhagendə iğtişaşlar baş verib, saxlanılanlar var

Kopenhagendə iğtişaşlar baş verib, saxlanılanlar var Kopenhagendə miqrantlara qarşı etiraz aksiyası zamanı baş verən iğtişaşlar zamanı ötən gün 23 nəfər saxlanılıb.
Digər ölkələr
15 Aprel , 2019 14:57
Kopenhagendə iğtişaşlar baş verib, saxlanılanlar var
News Beezer

Kopenhagendə miqrantlara qarşı etiraz aksiyası zamanı baş verən iğtişaşlar zamanı ötən gün 23 nəfər saxlanılıb.

“Report” “Euronews”ə istinadən xəbər verir ki, immiqrantlara qarşı sərt mövqeyi ilə tanınan və Rasmus Paludanın rəhbərlik etdiyi “Hard Line” – Sərt Xətt Partiyasının əsasən çoxmillətli əhalisi ilə seçilən Norrebro bölgəsində keçirdiyi və bəzi yerli KİV-in məlumatına görə, "Qurani-Kərim"in yandırıldığı nümayişdən sonra paytaxtın bir neçə bölgəsində keçirilən əks etiraz aksiyaları zamanı 23 nəfər polis tərəfindən saxlanılıb. 

Polisin verdiyi məlumata görə, saxlanılanlardan bəziləri hakim qarşısına çıxarılacaq.

Bununla bağlı Baş nazir Lars Lokke Rasmussen “Twitter”də yazıb: “İxtilaf toxumları əkməkdən başqa bir məqsəd güdməyən Paludanın mənasız təxribatları ilə qəti razılaşmıram. Fikirlər iğtişaşla yox, arqumentlə ifadə olunmalıdır”.

Son xəbərlər

Orphus sistemi