Bakı. 1 noyabr. REPORT.AZ/ Çərşənbə axşamı gecə saatlarında Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Nyorrebro mikrorayonunda baş verən atışma nəticəsində 1 nəfər ölüb, iki nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə yerli polisin mətbuat xidməti "Twitter"də məlumat yayıb.
"Polis atışma nəticəsində bir nəfərin öldüyünü təsdiq edir", — deyə məlumatda bildirilir.
Qeyd olunur ki, yaralılardan biri ağır vəziyyətdədir. Atışmanın hər üç iştirakçısı kriminal qruplaşmalar ilə əlaqəlidirlər.