Konstitusiya Məhkəməsi Cənubi Koreya prezidentinin impiçmentini təsdiq edib

Konstitusiya Məhkəməsi Cənubi Koreya prezidentinin impiçmentini təsdiq edib Pak Kın Xe postunu tərk etmək məcburiyyətində qalan ilk ölkə prezidenti olacaq
Digər ölkələr
10 Mart , 2017 07:43
Konstitusiya Məhkəməsi Cənubi Koreya prezidentinin impiçmentini təsdiq edib

Bakı. 10 mart. REPORT.AZ/ Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezident Pak Kın Xenin impiçmentini təsdiq edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, beləliklə, Pak Kın Xe öz postunu tərk etmək məcburiyyətində qalan demokratik yolla seçilmiş ilk Cənubi Koreya prezidenti olacaq.

Konstitusiyaya əsasən, prezident seçkiləri 60 gündən sonra keçiriləcək.

İmpiçmet haqqında ilk qərar 9 oktyabr 2016-cı ildə çıxarılıb.

Siyasi qalmaqala prezidentin falçısı və yaxın rəfiqəsi Çxve Sun Sil səbəb olublar. O onlarla böyük firmalara iki qeyri-kommersiya fonduna pul köçürmələri üçün təzyiq göstərməkdə ittiham edilir. Burada 65,6 milyon dollardan söhbət gedir.

Son xəbərlər

Orphus sistemi