Konqonun 600-dən çox sakini "Ebola" virusundan ölüb

Konqonun 600-dən çox sakini "Ebola" virusundan ölüb Ötən ilin iyulundan Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxmuş 600-dən çox insan ölüb.
Digər ölkələr
19 Mart , 2019 02:06
Konqonun 600-dən çox sakini Ebola virusundan ölüb

Ötən ilin iyulundan Konqo Demokratik Respublikasında "Ebola" virusuna yoluxmuş 600-dən çox insan ölüb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"2019-cu ilin 18 martına, bazar ertəsinə olan vəziyyət: ümumilikdə 960 xəstəliyə yoluxma faktı, həmçinin təsdiq edilmiş 895 və ehtimal edilən 65 fakt. 603 nəfər ölüb, 314 nəfər sağalıb", - deyə nazirliyin "Twitter"də yayılmış xəbərində bildirilir.

Hazırkı "Ebola" virusu Konqoda artıq 10-cu epidemiyadır. Avqustda ölkədə 89 mindən çox insan peyvənd olunub. 

Daha əvvəl bildirilirdi ki, Konqo Demokratik Respublikasında hemorajik qızdırma ilə müşahidə olunan ölümcül təhlükəli "Ebola"virusuna yoluxma hallarının sayı 658-ə çatıb.

Son xəbərlər

Orphus sistemi