Yuxarı

Konqoda şaxtanın çökməsi nəticəsində ən azı 14 nəfər ölüb

​Konqoda şaxtanın çökməsi nəticəsində ən azı 14 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqində şaxtanın çökməsi nəticəsində ən azı 14 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Agence France Presse yayıb. Qeyd olunub ki, çökmə kassiterit mineralının kustar üsulla çıxarıldığı ərazidə qeydə alınıb.

Daha 9 nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb. İlkin məlumata görə, çökməyə səbəb yağan güclü yağışlar olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi