Konqoda baş vermiş toqquşmalarda 37 nəfər öldürülüb

Konqoda baş vermiş toqquşmalarda 37 nəfər öldürülüb Hakimiyyət orqanları 3-ü polis olmaqla 17 nəfərin öldürüldüyünü təsdiqləyib
Digər ölkələr
21 Sentyabr , 2016 02:51
Konqoda baş vermiş toqquşmalarda 37 nəfər öldürülüb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Konqoda polislə nümayişçilər arasında baş vermiş toqquşmalarda 37 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Reuters" beynəlxalq insan haqları təşkilatı "Human Rights Watch"a istinadən məlumat yayıb.

Məlumata görə, sentyabrın 20-dək baş vermiş toqquşmalarda 20 nəfər həlak olub. Sentyabrın 20-ə keçən gecə daha 17 nəfər həyatını itirib.

Konqonun hakimiyyət orqanları da 3-ü polis olmaqla 17 nəfərin öldürüldüyünü təsdiq edib.

Sakinlərlə polis arasında toqquşmalar ölkə prezidenti əleyhinə keçirilən etiraz aksiyasında polisin nümayişçilərdən birinə atəş açmasından sonra başlayıb.

Son xəbərlər

Orphus sistemi