Konqoda baş vermiş toqquşma zamanı 19 nəfər ölüb

Konqoda baş vermiş toqquşma zamanı 19 nəfər ölüb Daha 49 nəfər isə xəsarət alıb
Digər ölkələr
22 Dekabr , 2016 02:19
Konqoda baş vermiş toqquşma zamanı 19 nəfər ölüb

Bakı. 22 dekabr. REPORT.AZ/ Konqoda prezident Jozef Kabilin tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib.

"Report" "MIG News"a istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları Missiyası xəbər yayıb.

Məlumata görə, qarşıdurma zamanı 19 nəfər həlak olub, daha 49 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, Konqonun hakimiyyət orqanları paytaxt Kinşasada baş vermiş toqquşmalarda 9 nəfərin öldüyünü bildiriblər. Ölkədə toqquşma dekabrın 20-də, prezident Kabilin sonuncu prezidentlik müddətinin başa çatmasından sonra başlayıb.

Ölkədə prezident seçkiləri 2017-ci ilin ortalarına təyin edilib. 

Son xəbərlər

Orphus sistemi