Konqoda avtobus qəzasında azı 25 nəfər ölüb

Konqoda avtobus qəzasında azı 25 nəfər ölüb Konqoda baş verən avtobus qəzasında azı 25 nəfər ölüb.
Digər ölkələr
20 Oktyabr , 2019 18:24
Konqoda avtobus qəzasında azı 25 nəfər ölüb

Konqoda baş verən avtobus qəzasında azı 25 nəfər ölüb.

“Report” Ria “Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin qərbində Mbanza-Nqunqu şəhərinin yaxınlığında baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, ticarətlə məşğul olan şəxsləri daşıyan avtobus dağdan enərkən aşıb və yanıb.

Qəza zamanı avtobusda 100 nəfər olub. Qeyd olunub ki, azı 25 nəfər hadisə yerində ölüb.

Qəzanın baş verməsinə ilkin səbəb kimi avtobusun əyləc sisteminin işləməməsi göstərilir. Yaralılardan 16 nəfərinin şəxsiyyəti dəqiqləşdirilib. Onlar şəhər xəstəxanasına çatdırılıb.  

Son xəbərlər

Orphus sistemi