​Konqoda 45 dinc sakin kütləvi qətliamın qurbanı olub

​Konqoda 45 dinc sakin kütləvi qətliamın qurbanı olub Hadisə Şimali Kivu vilayətinin Beni şəhərində baş verib
Digər ölkələr
14 Avqust , 2016 21:23
​Konqoda 45 dinc sakin kütləvi qətliamın qurbanı olub

Bakı. 14 avqust. REPORT.AZ/ Konqo Demokratik Respublikasında kütləvi qətl nəticəsində 45 dinc sakin öldürülüb.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Beni şəhərinin meri Nyoni Bvanakava məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə Şimali Kivu vilayətinin Beni şəhərində, şənbə günündən bazar gününə keçən gecə baş verib.

Ölkə prezidenti Jozef Kabila hadisə yerinə gedib. O, qeyd edib ki, bu, terror aktı deyil.

Son xəbərlər

Orphus sistemi