Konqo DR-də "Ebola"ya yoluxanların sayı 650 nəfəri ötüb

Konqo DR-də "Ebola"ya yoluxanların sayı 650 nəfəri ötüb Bakı. 16 yanvar. REPORT.AZ/ Konqo Demokratik Respublikasında hemorajik qızdırma ilə müşahidə olunan ölümcül təhlükəli Ebola virusuna yoluxma hallarının sayı 658-ə çatıb. Onlardan 402 nəfəri həyatını itirib.
Digər ölkələr
16 Yanvar , 2019 05:52
Konqo DR-də Ebolaya yoluxanların sayı 650 nəfəri ötüb

Bakı. 16 yanvar. REPORT.AZ/ Konqo Demokratik Respublikasında hemorajik qızdırma ilə müşahidə olunan ölümcül təhlükəli "Ebola" virusuna yoluxma hallarının sayı 658-ə çatıb. Onlardan 402 nəfəri həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan əvvəl yoluxma hallarının 608 olduğu, onlardan 368-nin ölümlə nəticələndiyi bildirilirdi.

"Ebola – axşamı, 15 yanvar 2019-cu ilə olan vəziyyət: ümumilikdə 658 hal (609 təsdiq olunmuş və 49 ehtimal edilən), 402 (nəfər - red.) ölüb və 237-si sağalıb", - deyə nazirliyin "Twitter" səhifəsində yerləşdirilən məlumatda bildirilir.

Daha əvvəl isə Konqoda "Ebola" virusundan 200-dək insanın öldüyü məlumat verilmişdi.

Son xəbərlər

Orphus sistemi