Konqo DR-də "Ebola" qurbanlarının sayı 2,2 min nəfəri keçib

Konqo DR-də "Ebola" qurbanlarının sayı 2,2 min nəfəri keçib Konqo Demokratik Respublikasında (Konqo DR) ötən ilin yayından geniş yayılan ölümcül Ebola virusu 2,2 mindən çox insanın həyatına son qoyub.
Digər ölkələr
3 Dekabr , 2019 12:35
Konqo DR-də Ebola qurbanlarının sayı 2,2 min nəfəri keçib

Konqo Demokratik Respublikasında (Konqo DR) ötən ilin yayından geniş yayılan ölümcül "Ebola" virusu 2,2 mindən çox insanın həyatına son qoyub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Konqo DR-dəki nümayəndəliyi məlumat yayıb.

Qurumdan verilən məlumata görə, 1 yanvar 2019-cu il tarixinə 3313 yoluxma halı - 3195 təsdiqlənmiş və 118 mümkün yoluxma halı qeydə alınıb. 

"2018-ci ilin avqust ayında epidemiyanın başlamasından bəri 2204 ölüm hadisəsi qeydə alınıb. Ölüm əmsalı 67% təşkil edir", - ÜST-nin Konqo DR-dəki nümayəndəliyinin "Twitter" səhifəsində bildirilib.

Həmçinin mütəxəssislər vurğulayıblar ki, Konqonun üç əyalətində qızdırma virusu epidemiyanın əvvəlindən davam edir. Həkimlər 2018-ci ilin avqust ayından bu yana 255,5 mindən çox insanın peyvənd olunduğunu bildiriblər.

Son xəbərlər

Orphus sistemi