Kondoliza Rays Donald Trampı seçkilərdən imtina etməyə çağırıb

Kondoliza Rays Donald Trampı seçkilərdən imtina etməyə çağırıb "Donald Tramp prezident olmamalıdır. O getməlidir"
Digər ölkələr
9 Oktyabr , 2016 05:56
Kondoliza Rays Donald Trampı seçkilərdən imtina etməyə çağırıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ ABŞ-ın 2005-2009-cu illərdə dövlət katibi olmuş Kondoliza Rays Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Trampı seçkilərdən imtna etməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə o, bazar günü öz "Facebook" səhifəsində yazıb.

"Donald Tramp prezident olmamalıdır. O getməlidir", - deyə Rays yazıb.

"Bir respublikaçı kimi ümid edirəm ki, Yer üzünün ən böyük demokratik ölkəsində bu ali vəzifəni tutmağa ləyaqəti və miqyası çatan şəxsi dəstəkləyəcəyəm", - deyə sabiq dövlət katibi bildirib.

ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi