Kolumbiyada yüzlərlə insan daşqınlar səbəbindən təxliyyə edilib

Kolumbiyada yüzlərlə insan daşqınlar səbəbindən təxliyyə edilib Nəticədə 19 ev, iki təhsil müəssisəsi və bir tibb mərkəzi, həmçinin çay üzərindən keçən bir neçə piyada körpüsü dağılıb
Digər ölkələr
14 May , 2018 03:57
Kolumbiyada yüzlərlə insan daşqınlar səbəbindən təxliyyə edilib

Bakı. 14 may. REPORT.AZ/ Bazar günü Kolumbiyada ölkənin ən böyük su elektrik stansiyası "İtuanqo"nu qidalandıran Kauka çayının məcrasından çıxması səbəbindən azı 600 nəfər təxliyyə edilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Portafolio" nəşri məlumat yayıb.

Bildirilir ki, təbii fəlakət nəticəsində Antiokiya departamentinin Puerto-Valdiviya qəsəbəsinin sakinləri zərər çəkib.

Çayın daşması nəticəsində bir neçə ev su altında qalıb, 19 ev, iki təhsil müəssisəsi və bir tibb mərkəzi, həmçinin çay üzərindən keçən bir neçə piyada körpüsü dağılıb. Əhali arasında ölən və yaralanan olmayıb.

Son xəbərlər

Orphus sistemi