Kolumbiyada üsyançı liderlərdən biri öldürülüb

Kolumbiyada üsyançı liderlərdən biri öldürülüb Kolumbiya prezidenti uğurlu əməliyyata görə polisi təbrik edib
Digər ölkələr
24 Mart , 2017 11:44
Kolumbiyada üsyançı liderlərdən biri öldürülüb

Bakı. 24 mart. REPORT.AZ/ “Milli Azadlıq Ordusu” (ELN) üsyançı qruplaşmasının liderlərindən biri Alvaro Orteqa Kolumbiyada keçirilən xüsusi əməliyyat zamanı öldürülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, əməliyyat Bolivar şimal departamentinin ərazisində polis tərəfindən həyata keçirilib.

"Mən Xose Antonio Qalan cəbhəsinin komandanı - Hayro adı ilə tanınan Alvaro Orteqanın məhv edilməsi münasibəti ilə bizim polisi təbrik edirəm", - dövlət başçısı Xuan Manuel Santos bildirib.

Son xəbərlər

Orphus sistemi