Kolumbiyada partlayış nəticəsində 4 nəfər ölüb, 42-si yaralanıb

Kolumbiyada partlayış nəticəsində 4 nəfər ölüb, 42-si yaralanıb Minalanmış avtomobil polis məntəqəsi yaxınlığında partlayıb
Digər ölkələr
28 Yanvar , 2018 01:50
Kolumbiyada partlayış nəticəsində 4 nəfər ölüb, 42-si yaralanıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Kolumbiyada polis məntəqəsi yaxınlığında partlayış baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Minalanmış avtomobilin partlaması nəticəsində 4 polis əməkdaşı ölüb, azı 42 nəfər yaralanıb.

Baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb. Faktla bağlı bir nəfər şübhəli şəxsin saxlanıldığı bildirilir. Onun üzərinə baxış zamanı radio stansiya və polisin işi barədə məlumatların qeyd olunduğu kitabça aşkar edilib.

Son xəbərlər

Orphus sistemi