Kolumbiyada mədəndə partlayış olub, ölənlər və yaralananlar var - FOTO

Kolumbiyada mədəndə partlayış olub, ölənlər və yaralananlar var - FOTO Kolumbiyada qızıl mədənində partlayış nəticəsində azı 9 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.
Digər ölkələr
22 Mart , 2019 04:52
Kolumbiyada mədəndə partlayış olub, ölənlər və yaralananlar var - FOTO

Kolumbiyada qızıl mədənində partlayış nəticəsində azı 9 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Tiempo" qəzeti bildirib.

Qeyd edilir ki, hadisə ölkənin qərbində baş verib. Yaralılar xəstəxanalara çatdırılıb.

Las-Xuntas kəndində qeydə alınan hadisənin baş verdiyi mədən qanunsuz fəaliyyət göstərib. 

Regionun hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmaya başlayıb. İlkin məlumatlara görə, hadisəyə partlayıcı maddə ilə ehtiyatsız davranma səbəb olub. 

Daha əvvəl Kolumbiyanın mərkəzi hissəsində təyyarənin qəzaya uğraması nəticəsində azı 12 nəfər həyatını itirib.

Son xəbərlər

Orphus sistemi