Kolumbiyada hərbçilər 10 üsyançını məhv edib

Kolumbiyada hərbçilər 10 üsyançını məhv edib Bakı. 13 iyun. REPORT.AZ/ Kolumbiya ordusu Venesuela ilə sərhəddə Kolumbiyanın İnqilabi Silahlı Qüvvələrinin təslim olmayan 10 üzvünü məhv edib.
Digər ölkələr
13 İyun , 2018 23:57
Kolumbiyada hərbçilər 10 üsyançını məhv edib

Bakı. 13 iyun. REPORT.AZ/ Kolumbiya ordusu Venesuela ilə sərhəddə "Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri"nin təslim olmayan 10 üzvünü məhv edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, silahlı qüvvələr prokurorluğun dəstəyi ilə Arauka departamentində qruplaşmanın 10 üzvünü zərərsizləşdirməyə nail olub. Havadan dəstək verilən əməliyyat zamanı dəstə üzvü olan 7 kişi və 3 qadın məhv edilib.

Öldürülən cinayətkarların Saravena bələdiyyəsində hospitalın əməkdaşlarına hücum etdikləri bildirilir.

"Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri" 1964-cü ildə yaradılıb. 

Son xəbərlər

Orphus sistemi