Yuxarı

Kolumbiyada daşqınlarla əlaqədar fövqəladə vəziyyət elan olunub

Kolumbiyada daşqınlarla əlaqədar fövqəladə vəziyyət elan olunub
Təbii fəlakət nəticəsində 262 nəfər ölüb
© Courtesy İmage

Bakı. 4 aprel. REPORT.AZ/ Kolumbiya hökuməti ölkədə baş verən daşqınlar səbəbindən sosial, iqtisadi və ekoloji sahələrdə fövqəladə vəziyyət elan etmək barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bunu ölkə prezidenti Xuan Manuel Santos deyib.

"Biz Nazirlər Şurasında bir neçə qərar qəbul etdik. Birincisi, büdcəyə dəyişiklik etmək və eləcə də, fəlakətin nəticələri ilə mübarizə üçün lazımi tədbirlərin görülməsi məqsədi ilə vəsaiti yenidən bölüşdürmək üçün sosial, iqtisadi və ekoloji sahələrdə fövqəladə vəziyyət elan etməkdir", - deyə o, televiziya ilə müraciətində bildirib.

Daşqınlar nəticəsində 262 nəfərin öldüyü, bir o qədər insanın yaralandığı bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi