Kolumbiyada daşqınlar nəticəsində 100-dən çox uşaq ölüb

Kolumbiyada daşqınlar nəticəsində 100-dən çox uşaq ölüb Ümumilikdə 314 nəfər həyatını itirib
Digər ölkələr
8 Aprel , 2017 06:26
Kolumbiyada daşqınlar nəticəsində 100-dən çox uşaq ölüb

Bakı. 8 aprel. REPORT.AZ/ Ötən həftə Kolumbiyanın Mokoa şəhərində baş verən daşqınlar nəticəsində ən azı 102 uşaq həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Qəza Riskləri Milli İdarəsinin məlumatında qeyd olunur.

Ümumilikdə 314 nəfərin öldüyü, daha 332 nəfərin yaralandığı bildirilir. Onlardan 247 nəfərin meyiti dəfn edilmək üçün yaxınlarına təhvil verilib. Təbii fəlakət zamanı 127 nəfər itkin düşüb. Onların arasında İspaniya, Almaniya və Ekvador vətəndaşları da var.

Son xəbərlər

Orphus sistemi