Kolumbiyada avtobus dərəyə yuvarlanıb, 3 nəfər ölüb

Kolumbiyada avtobus dərəyə yuvarlanıb, 3 nəfər ölüb Kolumbiyada mikroavtobusun dərəyə yuvarlanması nəticəsində azı 3 nəfər həyatını itirib.
Digər ölkələr
20 İyul , 2019 04:38
Kolumbiyada avtobus dərəyə yuvarlanıb, 3 nəfər ölüb

Kolumbiyada mikroavtobusun dərəyə yuvarlanması nəticəsində azı 3 nəfər həyatını itirib.

"Report" "El Tiempo" qəzetinə istinadən xəbər verir ki, hadisə cümə günü Kauka departamentinin Bolivar bələdiyyəsi ərazisində qeydə alınıb.

Bildirilir ki, mikroavtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq 80 metr dərinliyində dərəyə yuvarlanıb.

Nəticədə 3 sərnişin yerində ölüb, daha 16 nəfər xəsarətlərlə yaxınlıqdakı xəstəxanlara yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi