Yuxarı

Kolumbiya-Venesuela sərhədində partlayış törədilib, ölənlər və xəsarət alanlar var

​Kolumbiya və Venesuela sərhədində partlayışda 12 nəfər ölüb

Kolumbiya və Venesuela sərhədində yerləşən yaşayış məntəqəsində partlayış törədilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "El Tiempo" qəzeti bildirib.

Qeyd edilir ki, hadisə Kolumbiyanın Norte-de-Santander departamenti ilə sərhəddəki Boka-de-Qrita kəndində qeydə alınıb. Naməlum şəxslər partlayıcı qurğuları işə salıblar. Partlayış zamanı 12 nəfər həlak olub, daha 10 nəfər müxtəlif dərəcəli xəsarət alıblar

Kolumbiyanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı iki nəfəri saxlayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi