Kolumbiya prezidenti MAO üsyançıları ilə atəşkəs fərmanı imzalayıb

Kolumbiya prezidenti MAO üsyançıları ilə atəşkəs fərmanı imzalayıb Bu, atəşkəs haqqında ilk qarşılıqlı sənəddir
Digər ölkələr
30 Sentyabr , 2017 08:29
Kolumbiya prezidenti MAO üsyançıları ilə atəşkəs fərmanı imzalayıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Kolumbiya prezidenti Xuan Manuel Santos Milli Azadlıq Ordusunun (MAO) üsyançıları ilə atəşkəs haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə o, "Twitter"də yazıb.

"Mən oktyabrın 1-dən MAO qruplaşması ilə atəşkəs rejiminin tətbiqinə dair fərman imzaladım. Bu, MAO-nun bütün tarixi ərzində imzaladığı atəşkəs haqqında ilk qarşılıqlı sənəddir", — deyə Santos qeyd edib.

Sentyabrın 4-də Kolumbiya hökuməti və MAO üsyançıları atəşkəs barədə razılığa gəlib.

Son xəbərlər

Orphus sistemi