Kölndə sürət qatarı relsdən çıxıb

Kölndə sürət qatarı relsdən çıxıb İnsident bazar günü səhər baş verib
Digər ölkələr
4 İyun , 2017 19:45
Kölndə sürət qatarı relsdən çıxıb
AP Photo / dpa / Marcel Kusch

Bakı. 4 iyun. REPORT.AZ/ Almaniyanın Şimali Reyn-Vestfaliya federal torpağının Köln şəhərində şəhərlərarası sürət qatarı relsdən çıxıb.

"Report" xəbər verir ki, bu barədə "Koelnische Rundschau" qəzeti yazıb.

"Deutsche Bahn" dəmiryolu konserninin məlumatına görə, insident bazar günü səhər baş verib. Qatarda yalnız maşinist olub, o, xəsarət almayıb.

Bildirilir ki, qatarın relsdən çıxması nəticəsində yollar bağlanıb. Dəmiryolu əlaqəsi qismən dayandırılıb.

Son xəbərlər

Orphus sistemi