Meksikada gizli basdırılmış onlarla insan cəsədi aşkarlanıb

Meksikada gizli basdırılmış onlarla insan cəsədi aşkarlanıb Bakı. 13 fevral. REPORT.AZ/ Meksikanın Kolima ştatında gizli basdırılmış cəsədlər aşkarlanıb.
Digər ölkələr
13 Fevral , 2019 06:52
Meksikada gizli basdırılmış onlarla insan cəsədi aşkarlanıb

Bakı. 13 fevral. REPORT.AZ/ Meksikanın Kolima ştatında gizli basdırılmış cəsədlər aşkarlanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli baş prokurorluq bildirib.

"Tekoman bələdiyyəsində, Santa-Rose69 cəsəd aşkar olunub. Hazırda genetik müəyyənləşdirmə işi aparılır. Federal hokümət axtarışların davam etməsi üçün avadanlıqla və heyətlə yardım göstərir", - deyə xəbərdə bildirilir.

Daha əvvəl prokurorluq Tekomanda gizli basdırlmış azı 11 cəsədin aşkar edilməsi barədə məlumat yayıb. Ştatın prokuroru Qabriyel Verdusko cəsədlərinin tapılmış meyitlər arasında olması güman edilən itkinlərin qohumları ilə görüşüb.

Bazar ertəsi səhər Meksikanın Miçoakan ştatının Sitakuar bələdiyyəsi ərazisində avtomobilin salonundan Tusantla bələdiyyəsinin yerli 5 polis əməkdaşının meyiti tapılıb.

Son xəbərlər

Orphus sistemi