Koalisiyanın Rəqqaya endirdiyi aviazərbələr nəticəsində 14 dinc sakin ölüb

Koalisiyanın Rəqqaya endirdiyi aviazərbələr nəticəsində 14 dinc sakin ölüb Yaralananlar var
Digər ölkələr
9 İyun , 2017 03:02
Koalisiyanın Rəqqaya endirdiyi aviazərbələr nəticəsində 14 dinc sakin ölüb

Bakı. 9 iyun. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın aviasiyası cümə axşamı Rəqqa şəhərinin Məfraq-əl-Cizrə rayonuna havadan zərbələr endirib.

"Report" TASS-a istinadən xəbər verir ki, SANA-nın məlumatına görə, insident nəticəsində 14 dinc sakin ölüb, həmçinin yaralananlar var.

Koalisiya aviasiyası hazırda İŞİD terror təşkilatının Fəratda əsas dayaq məntəqəsi olan Rəqqaya hücuma keçən "Demokratik Suriya Qüvvələri"nin ərəb-kürd dəstələrinə dəstək verir.

Son xəbərlər

Orphus sistemi