Yuxarı
    Bağlamaq

    Koalisiya qüvvələri Suriyadan çıxır

    Dinlə

    Bakı. 11 yanvar. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyadan qüvvələri çıxarmağa başladığını elan edib.

    “Report” “Agence France-Presse”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın İraq və Suriyadakı “Qətiyyətli dəstək” əməliyyat qərargahının nümayəndəsi, ABŞ quru qoşunlarının polkovniki Şon Rayan bildirib.

    “Koalisiya Suriyadan çıxmağa başlayıb. Təhlükəsizlik baxımından onun müddəti, qoşunların yerləşdiyi ərazi və marşrutundan danışmırıq”, - deyə nümayəndə bildirib.

    CNN telekanalı da Vaşinqtonun Suriyadan hərbi texnikanı çıxarmağa başladığı barədə məlumat yayıb.

    Qeyd edək ki, dekabrın 19-da Prezdent Donald Tramp ABŞ qoşunlarının Suriyadan çıxacağı barədə sənədi imzalayıb. Ötən gün isə Fransanın xarici işlər naziri Jan-İv Le Drian az sayda olan hərbçilərini Suriyadan çıxaracaqlarını vurğulamışdı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi