Koalisiya qüvvələrinin Suriyaya hava zərbələri endirməsi nəticəsində 5 dinc sakin ölüb

Koalisiya qüvvələrinin Suriyaya hava zərbələri endirməsi nəticəsində 5 dinc sakin ölüb Hərbi hava qüvvələrinin Es-Salahi kəndinə gecə hücumu zamanı isə azı 11 yerli sakin həlak olub
Digər ölkələr
13 May , 2017 03:10
Koalisiya qüvvələrinin Suriyaya hava zərbələri endirməsi nəticəsində 5 dinc sakin ölüb

Bakı. 13 may. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın Deyr ez-Zor şəhəri yaxınlığına, şimal-şərq ərazisinə endirdiyi hava zərbələri nəticəsində 5 dinc sakin həlak olub.

"Report"un "TASS"a istinadən məlumatına görə, bu barədə "Al Jazeera" telekanalı mənbəyə istinadən xəbər verib.  

Məlumata görə, koalisiyanın hərbi təyyarələri terrorçuların Deyr ezz-Zorun şərqindəki El-Kuriyə yaşayış məntəqəsində güman edilən mövqelərinə hücum edib. Qeyd edilir ki, eynən iki gün bundan əvvəl beynəlxalq koalisiyanın hərbi hava qüvvələrinin Rakka şəhərinin şimalındakı Es-Salahi kəndinə gecə hücumu zamanı azı 11 yerli sakin həlak olub. Onlardan 4-ü uşaqlardır.

Son xəbərlər

Orphus sistemi