Yuxarı

Koalisiya qüvvələri Suriya ordusuna zərbə endirib

Koalisiya qüvvələri Suriya ordusuna zərbə endirib
Hadisə Ət-Tanf şəhərinin şimal-qərbində baş verib
© Anadolu

Bakı. 18 may. REPORT.AZ/ Birləşmiş Ştatların rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyada müəyyən olunmuş stabillik zonaları daxilində fəaliyyət göstərən hökumət qüvvələri bölmələrinə zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə koalisiya qərargahının bəyanatında bildirilir.

Qeyd olunur ki, hadisə Ət-Tanf şəhərinin şimal-qərbində baş verib.

"Bu addım Rusiyanın hökumət qüvvələrinin Ət-Tanf istiqamətində irəliləməsinin qarşısını almaq cəhdlərinin uğursuzluqla nəticələnməsindən sonra atılıb", — deyə qərargahın bəyanatında qeyd olunur.

Rusiyanın Müdafiə Nazirliyi məsələ ilə bağlı hələ ki, şərh verməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi