Koalisiya İraq və Suriyada bombardıman nəticəsində 396 dinc sakinin öldüyünü etiraf edib

Koalisiya İraq və Suriyada bombardıman nəticəsində 396 dinc sakinin öldüyünü etiraf edib Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat verib
Digər ölkələr
1 Aprel , 2017 23:51
Koalisiya İraq və Suriyada bombardıman nəticəsində 396 dinc sakinin öldüyünü etiraf edib

Bakı. 1 aprel. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya İraq və Suriyada anti-terror əməliyyatları başlayandan endirilən hava zərbələri nəticəsində azı 396 dinc sakinin öldüyünü etiraf edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat verib.

Koalisiya bu iki ölkədə, xüsusilə fevral ayında dinc sakinlərin ölümü barədə etimad qazanmış 5 məlumatı etiraf edib.

Qeyd olunur ki, koalisiya qüvvələri 2014-cü ilin avqustundan 2017-ci ilin fevralına qədər 18,6 min aviazərbə endiriblər.

Son xəbərlər

Orphus sistemi