Yuxarı

Klintonun memuarlarının təqdimatına biletlərin qiyməti açıqlanıb

Klintonun memuarlarının təqdimatına biletlərin qiyməti açıqlanıb
Bilet alan şəxs Klintonla şəkil çəkdirmək imkanı qazanacaq
© Foto: Global Look Press/Yin Bogu

Bakı. 2 sentyabr. REPORT.AZ/ ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun memuarlarının çapdan çıxmasına həsr olunmuş tədbirdə iştirak üçün satılan biletlərin qiyməti açıqlanıb.

"Report" xəbər verir ki, "New York Post" nəşrinin yazdığına görə, Monreal şəhərində keçiriləcək tədbirə giriş üçün bir biletin qiyməti 2,375 min dollardır.

Bilet almış şəxs özü ilə daha bir nəfər gətirə, həmçinin ön sıralarda otura, Klinton ilə söhbət edə və şəkil çəkdirmək imkanı qazana bilər.

Klinton təqdimat turu çərçivəsində Kanadanın Toronto, Monreal və Vankuver şəhərlərində tədbir keçirəcək. Onun memuarlardan ibarət kitabının adı "Nə olub"dur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi