​Klinton Trampa qarşı Sanderslə birləşmək istədiyini bəyan edib

​Klinton Trampa qarşı Sanderslə birləşmək istədiyini bəyan edib ABŞ-da prezident seçkiləri bu il noyabrın 8-də keçiriləcək
Digər ölkələr
1 İyun , 2016 02:30
​Klinton Trampa qarşı Sanderslə birləşmək istədiyini bəyan edib

Bakı. 1 iyun. REPORT.AZ/ Demokratlar Partiyasından namizəd, ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton ilkin seçkilər üzrə eyni partiyadan olan rəqibi Berni Sanderslə respublikaçı Donald Trampa qarşı birgə mübarizə aparmaq üçün birləşmək niyyətində olduğunu bəyan edib.

“Report” xəbər verir ki, sabiq dövlət katibinin sözlərinə görə, o artıq bu məsələni Sandeslə müzakirə etməyə başlayıb.

"Gələn çərşənbə axşamı biz partiyanı birləşdirmək üçün nə edə biləcəyimiz barədə detallı şəkildə danışmağa başlayacağıq. Senator (Berni) Sanders də bunu edir. Biz ikimiz Donald Trampın Ağ evə yaxınlaşmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik", — deyə o CNN-ə müsahibəsində bildirib.

ABŞ-da prezident seçkiləri bu il noyabrın 8-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi