CNN: Hillari Klinton prezident seçkilərində iştirakını güman edir

CNN: Hillari Klinton prezident seçkilərində iştirakını güman edir Bakı. 28 yanvar. REPORT.AZ/ ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə sabiq namizəd, keçmiş dövlət katibi Hillari Klinton qarşıdan gələn prezident seçkilərində iştirak etmək niyyətindədir.
Digər ölkələr
28 Yanvar , 2019 08:15
CNN: Hillari Klinton prezident seçkilərində iştirakını güman edir

Bakı. 28 yanvar. REPORT.AZ/ ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə sabiq namizəd, keçmiş dövlət katibi Hillari Klinton qarşıdan gələn prezident seçkilərində iştirak etmək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə CNN bildirib.

Qeyd edilir ki, keçmiş namizəd bununla bağlı fikirlərini ətrafındakı şəxslərə bildirib. Hillari Klinton qeyd edib ki, o, 2020-ci ildə keçiriləcək növbəti prezident seçkilərində iştirakına imkan olduğunu güman edir.

CNN müxbiri Ceff Zeleni adı açıqlanmayan üç müsahibə istinadən bildirib ki, Klintonun özü bu ideya üçün "qapıları bağlamadığı"nı deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da keçmiş dövlət katibi, son seçkilərdəki rəqibi Hillari Klintonla 2020-ci il prezident seçkilərində yenidən üz-üzə gəlmək arzusundadır.

Son xəbərlər

Orphus sistemi