Klinton ailəsi 2014-cü ildən bəri azı 30 milyon dollar qazanıb

Klinton ailəsi 2014-cü ildən bəri azı 30 milyon dollar qazanıb Bunun 25 milyon dolları onların etdikləri 100-dək çıxışlardan gəlir
Digər ölkələr
17 May , 2015 07:20
Klinton ailəsi 2014-cü ildən bəri azı 30 milyon dollar qazanıb

Baku. 17 May. REPORT.AZ/ Hillari və Bill Klintonlar 2014-cü ilin yanvarından bəri azı 30 milyon dollar qazanıblar. "Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, ABŞ hökumətinin sənədlərinə əsasən, bu məbləğin 25 milyon dolları Klinton ailəsinin üzvlərinin 100-dək çıxışa görə aldıqları qonorar hesabına formalaşıb.

2016-cı seçkilərində demokratların prezidentliyə namizədi olan Hillari Klinton yazdığı “Çətin seçimlər” ("Hard Choices”) kitabına görə qonorar şəklində 5 milyon dollar alıb.

Bu rəqəmlər Clinton ailəsini ABŞ əhalisinin yalnız 0,1 faizinin daxil olduğu yüksək qazanclılar qrupuna üzv edib.

Amerika mətbuatı yazır ki, prezidentliyə namizədlərin şəxsi sərvətləri cəmiyyətdə ən çox müzakirə olunan mövzulardandır.

Xanım Klinton ötən ay namizədliyini elan edərkən bildirmişdi ki, “amerikalılara gündəlik himayədar lazımdır və o, belə birisi olmaq” istəyir.

Mətbuat yazır ki, mövcud qaydalara baxmayaraq prezidentliyə namizədlərin tam sərvətlərinin dəqiq qiyməti bəlli olmur.

Son xəbərlər

Orphus sistemi