Yuxarı

Klinton ABŞ-ın Paris iqlim sazişindən çıxmasını "tarixi səhv" adlandırıb

Paris sazişindən çıxmaq Amerika işçiləri və ailələrini geridə qoyur
© Courtesy İmage

Bakı. 2 iyun. REPORT.AZ/ ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton Amerika lideri Donald Trampın ölkənin Paris iqlim sazişindən çıxarılmasına dair qərarını "tarixi səhv" adlandırıb.

"Report" xəbər verir ki, Klinton bu barədə "Twitter" səhifəsində yazıb.

"Tarixi səhvdir. Dünya iqlim dəyişiklikləri üzrə birlikdə irəli gedir. Paris sazişindən çıxmaq Amerika işçiləri və ailələrini geridə qoyur", — deyə Klinton bildirib.

Bundan öncə ABŞ-ın keçmiş prezidenti Barak Obama da Trampın bu qərarını tənqid etmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi