Kiyevdə avtomobilin partlaması nəticəsində bir nəfər ölüb - YENİLƏNİB

Kiyevdə avtomobilin partlaması nəticəsində bir nəfər ölüb - YENİLƏNİB Avtomobil Kiyevin mərkəzində, Bessarabskaya meydanının yaxınlığında partlayıb
Digər ölkələr
8 Sentyabr , 2017 20:54
Kiyevdə avtomobilin partlaması nəticəsində bir nəfər ölüb - YENİLƏNİB

Bakı. 8 sentyabr. REPORT.AZ/ Kiyevdə avtomobilin partlaması nəticəsində bir nəfər ölüb.

"Report"un verdiyi xəbərə görə, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Mətbuat xidməti məlumat yayıb.


*** 19:48

Ukraynanın paytaxtı Kiyevin mərkəzindəki Bessarabskaya meydanının yaxınlığında avtomobil partlayıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində zərərçəkənlər var.

Məlumata görə, partlayış nəticəsində avtomobil tamamilə dağılıb. Maşının salonunda olan qadın yaralı vəziyyətdə xəstəxanaya aparılıb.

Son xəbərlər

Orphus sistemi