Yuxarı

Kiyevdə yataqxanada baş verən partlayışda iki nəfər ölüb

​Kiyevdə yataqxanada baş verən partlayışda iki nəfər ölüb

Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən yataqxanaların birində partlayış baş verib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı yerli polis yayıb.

Qeyd olunub ki, partlayış nəticəsində iki nəfər ölüb. İlkin məlumata görə, otaqda qumbara partlayıb.

Polis ölənlərin şəxsiyyətini müəyyənləşdirə bilib.

Onlardan biri mühafizəçi, digəri isə tikinti sahəsində işləyirmiş. Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi