Kiyevdə şaurmadan zəhərlənənlərin sayı 83 nəfərə çatıb

Kiyevdə şaurmadan zəhərlənənlərin sayı 83 nəfərə çatıb Bakı. 3 avqust. REPORT.AZ/ Kiyevdə şaurmadan zəhərlənənlərin sayı 83 nəfərə çatıb.
Digər ölkələr
3 Avqust , 2018 04:58
Kiyevdə şaurmadan zəhərlənənlərin sayı 83 nəfərə çatıb

Bakı. 3 avqust. REPORT.AZ/ Kiyevdə şaurmadan zəhərlənənlərin sayı 83 nəfərə çatıb.

"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Məlumata görə, onlar arasında 12 uşaq da var.

Nazirlikdən bildirilib ki, zəhərlənmənin səbəb olduğu təsərrüfat subyektlərində yoxlamalar aparılıb. Məlum olub ki, obyektlərin heç birinin lazımi sənədləri yoxdur. Hazırda həmin obyektlər bağlanılıb.

Daha əvvəl Kiyevdə 10 uşaq da daxil olmaqla, ümumilikdə 70 nəfərin zəhərləndiyi bildirilirdi.

Son xəbərlər

Orphus sistemi