Kiyevdə nümayişçilərlə polis arasında toqquşma baş verib, yaralılar var

Kiyevdə nümayişçilərlə polis arasında toqquşma baş verib, yaralılar var Kiyevin polis rəisi: "Hüquq mühafizə orqanlarının əməkdaşları 9 nəfəri saxlayıb"
Digər ölkələr
27 Fevral , 2018 15:49
Kiyevdə nümayişçilərlə polis arasında toqquşma baş verib, yaralılar var
РБК-Украина

Bakı. 27 fevral. REPORT.AZ/ Ukrayna paytaxtı Kiyevdəki Ali Radanın binası yaxınlığında nümayişçilərlə toqquşmalar zamanı 8 polis əməkdaşı yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kiyevin polis rəisi Andrey Krişenko məlumat verib.

Məlumata görə, etirazçılar parlament binasını mühafizə edənlərə daşlar, şinlər və "Molotov kokteyllər"i atıblar.

A.Krişenkonun sözlərinə görə, parlament yaxınlığında planlaşdırılmış təxribat baş tutub.

O, asayişi pozduğuna görə hüquq mühafizə orqanları tərəfindən 9 nəfərin saxlandığını vurğulayıb.

A.Krişenkonun sözlərinə görə, hazırda vəziyyət normallaşıb.

Son xəbərlər

Orphus sistemi