Bakı. 7 dekabr. REPORT.AZ/ Kiyev əyalətinin Buça şəhərindəki supermarketin parketmə ərazisində qumbara partlaması nəticəsində 8 nəfər yaralanıb.
"Report" Ukrayna Milli Polisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, insident ötən gecə baş verib.
"Partlayış supermarketin yaxınlığındakı parketmə ərazisində baş verib. 36 yaşındakı təcavüzkar insanların əhatəsində olarkən qumbaranı partladıb. Partlayış nəticəsində altısı uşaq olmaqla 8 nəfər xəsarət alıb. Onlardan üçü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb", - məlumatda deyilir.
Polis xəbər verib ki, axtarış zamanı şübhəli şəxsdən daha 3 qumbara və müxtəlif kalibrli 20 patron aşkarlanaraq müsadirə edilib.
"Xuliqanlıq" maddəsi ilə cinayət işi açılıb.