Kiprdə prezident seçkiləri keçirilir

Kiprdə prezident seçkiləri keçirilir Bakı. 28 yanvar. REPORT.AZ/ Kipr respublikasında ölkənin yeni rəhbərini təyin etmək üçün Bakı vaxtı ilə saat 09:00-da növbəti prezident seçkilərinə start verilib.
Digər ölkələr
28 Yanvar , 2018 09:41
Kiprdə prezident seçkiləri keçirilir

Bakı. 28 yanvar. REPORT.AZ/ Kipr respublikasında ölkənin yeni rəhbərini təyin etmək üçün Bakı vaxtı ilə saat 09:00-da növbəti prezident seçkilərinə start verilib.

"Report" TASS-a istinadən xəbər verir ki, ölkədə mindən çox seçki məntəqəsi fəaliyyət göstərəcək.

Seçkilərdə qalib gəlmək üçün prezidentliyə namizəd seçici səslərinin 50 faizdən çoxunu toplamalıdır. Bu, baş verməyəcəyi təqdirdə prezident seçkilərinin ikinci turu keçiriləcək və ilk turda ən çox faiz toplamış ilk 2 namizəd iştirak edəcək. 

Seçkilərdə 9 namizəd prezident kürsüsü uğrunda mübarizə aparır. Namizədlər arasında hazırkı prezident Nikos Anastasiadis də adı var. Adanın 550 min vətəndaşı seçki hüququna malikdir. Seçkilərin ilkin nəticələri Bakı vaxtı ilə saat 20:30-da bəlli olacaq. 

Son xəbərlər

Orphus sistemi