Yuxarı

Kim Çen Inın qaldığı hotel zirehli nəqliyyat vasitələri ilə mühafizə olunur

Kim Çen Inın qaldığı hotel zirehli nəqliyyat vasitələri ilə mühafizə

Bakı. 26 fevral. REPORT.AZ/ KXDR lideri Kim Çen In Vyetnamın paytaxtı Hanoy şəhərindəki beşulduzlu “Melia” hotelə gəlib. 

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, hotel zirehli nəqliyyat vasitələri ilə mühafizə olunur.
Hotelin bir tərəfində dörd zirehli nəqliyyat vasitəsi var. Nəqliyyat vasitələrini vyetnamlı hərbçilər mühafizə edir, turistlər və yerli əhali isə onlarla şəkil çəkdirir.

Daha əvvəl Şimali Koreya lideri Kim Çen In zirehli qatarla Vyetnama gəlib. O, bu ölkədə ABŞ Prezidenti Donald Tramp ilə sammitdə iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi